STEAM - HƏYATINIZIN HƏR ADDIMINDA!

 

 

 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb.

STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Layihə 6-ci siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur. 

STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur.

2021-2022-ci tədris ilində etibarən Respublika üzrə STEAM layihəsinin əhatə edəcəyi şagird sayı 302 ümumtəhsil məktəbindən 50000–100000 nəzərdə tutulur. Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 15 STEAM Mərkəzinin yaradılması nəzərdə tutulub.

STEAM Azərbaycan layihəsi haqqında məlumatlar portalımız üzərindən, eləcədə layihənin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə paylaşılır.

1) www.facebook.com/steam.edu.az
2) www.youtube.com/steamazerbaijan
3) www.linkedin.com/company/steamazerbaijan
4) www.instagram.com/steam.edu.az
5) www.t.me/steameduaz
6) www.twitter.com/steamazerbaijan