"SABAH" Qrupları Tələbələri üçün Təlimlər 2020

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə tətbiq olunan “STEAM Azerbaijan” layihəsinin fəaliyyət planına uyğun olaraq 3-14 fevral 2020 - ci il tarixlərində növbəti təlimlər keçirilib. Bu dəfəki təlimlərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimləri, 4-cü kurs "SABAH" qruplarına aid olan, fizika, riyaziyyat, riyaziyyat-informatika, kimya, biologiya, coğrafiya ixtisaslarının tələbələri olmaqla cəmi 144 nəfər iştirak edib .

Təlim zamanı iştirakçılara STEAM metodologiyaları, onların tədris prosesində tətbiqi barədə məlumatlar verilib, həmçinin müdavimlər mikrobit proqramlaşma modulları haqqında, 3D modelləşdirmə və 3D printer, CNC lazer kəsici cihazlarının iş prinsipi ilə əyani tanış olublar.