SAF 2021

SAF (STEAM Azerbaijan Festival) 2021 – Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə olaraq 9-10 dekabr 2021-ci il tarixlərində Baku Expo Mərkəzində keçirilib.

Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM Open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego Sumo”, “Line follower”, “3D Cad”, “Short Movie”, “Edu Drone”, “Humanoıd Robot” yarışlar təşkil edilib. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılıb. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. 

Dünyada bu istiqamətdə yarış və olimpiadalarda iştirak etmək üçün yerli olimpiadaların təşkili, sistemli və mərkəzləşdirilmiş şəkildə ilkin seçim və hazırlıq imkanı yaradacaqdır. Onu da qeyd edək ki, dünyada keçirilən bu tip yarışlarda şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaq. Bu cür tədbirlərin keçirilməsi həmin sahənin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından da effektivdir.

Növbəti il SAF 2022 keçirilməsi nəzərdə tutulur!