13-cü Beynəlxalq Təhsil Sərgisi 2019

10-12 oktyabr, 2019 il tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” keçirilib.

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.


Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov builki sərgidə 22 ölkədən 150-dən çox təhsil strukturunun təmsil olunduğunu bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Təhsil Nazirliyi hər il olduğu kimi bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunur. Sərgidə “Təhsil Texnologiyaları Mərkəzi”, "STEAM Azerbaijan" layihəsi, “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Məktəbdənkənar fəaliyyət”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər və digərləri iştirak ediblər.