Israil Təlimləri 2019

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə 2019 – cu ilin əvvəlindən tətbiqinə başlanılan STEAM Azərbaijan layihəsinin fəaliyyət sahələrindən biri də müəllimlərin bu istiqamətdə təkmilləşdirilməsi məqsədi ilə onların xarici ölkələrdə təlimlərə cəlbini təşkil etməkdir. Beləki, 01-31 mart və 17 noyabr-10 dekabr tarixlərində ümumi 100 nəfərlik müəllim heyəti olmaqla iki qrup İsrailə ezam olunmuşlar.

Mərkəzlə yanaşı Respublikanın 21 şəhər və rayonundan təlimlərə qatılan müəllimlər proqramlaşdırma və robotics çalışmaları üzrə - microbit, arduino, LEGO EV3, biomimikriya, nanotexnologiya, neuroscience modulları istiqamətində bilik və bacarıqlara yiyələnmişlər. Təlim əsnasında müəllimlər 3D printerlərin və CNC lazer kəsici cihazların quruluşu, iş prinsiplərini öyrənmiş, müxtəlif məktəb və kolleclərlə tanışlığı, dərslərdə iştirakı təmin edilmişdir. STEAM -ın tədris metodikası haqqında ətraflı məlumat almışlar. Təlim iştirakçıları Peres İnnovasiyalar mərkəzində olmuş, en son texnologiyalarla tanış olmuşlar.