Türkiyə Təlimləri 2019

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2019 – cu ildən tətbiqinə başladığı STEAM Azərbaijan layihəsi çərçivəsində 08.12.2019 -22.12.2019 tarixlərində 25 nəfərlik müəllim heyəti Türkiyəyə ezam olunmuşdur. Coğrafiya, biologiya, kimya, riyaziyyat, informatika, fizika ixtisasları olmaqla ölkənin müxtəlif bölgələrindən müəllimlər təlimə cəlb edilmişdir.

Təlimlər Baxçaşəhər Kolleci və Universitetlərində STEAM proqramına uyğun modullar üzrə mütəxəsislər tərəfindən aparılmış, müəllimlər microbit, arduino, insansız uçan hava aparatları və onların idarə edilməsi, LEGO EV3, autodesk modulları üzrə bilik və bacarıqlara yiyələnmişlər. 3D printer və CNC lazer kəsici cihazları ilə tanış olmuş və 3D ölşülü müxtəlif əşyalar cap etmişlər.

Təlim zamanı müəllimlər müxtəlif istehsal sahələrində olmuş, sənayedə istifadə olunan robotların iş prinsipləri ilə yaxından tanış olmuşlar.