"STEAM Azerbaijan" layihəsi çərçivəsində istehsal olunan "üz sipəri"

2020-ci ilin mart ayında ölkə ərazisində COVİD-19 virusunun yayılması ilə əlaqədər təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldıqdan sonra "STEAM Azerbaijan" layihə heyəti mövcud tibbi ehtiyacların qarşılanması məqsədilə bir sıra təşəbbüslərin icrasına başlamışdır. Tibbi ləvazimatların, ayrı-ayrı cihaz və avadanlıqların müxtəlif detallarının 3D printerlər vasitəsilə sınaq istehsalına start verilmişdir. Sınaq mərhələdə tibbi personal üçün üz qoruyucularının istehsalı uğurla tamamlanmış, gündəlik istehsal sürəti 200 vahidə qədər qaldırılmışdır. Yaxın günlərdə istehsal sürətinin gündəlik 450-600 vahidə çatdırılması planlaşdırılır. Onuda qeyd edək ki, artıq 800 ədəd üz qoruyucusu müxtəlif tibb personalına təhvil verilib.