"Sabah" qrupları tələbələri üçün təlimlər başladı.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə tətbiq olunan “STEAM Azerbaijan” layihəsinin fəaliyyət planına uyğun olaraq 3 fevral 2020 - ci il tarixindən etibarən növbəti təlimlərə başlanılacaq. Bu dəfəki təlimlərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimləri, 4-cü kurs Sabah qruplarına aid olan, fizika, riyaziyyat, riyaziyyat-informatika, kimya, biologiya, coğrafiya ixtisaslarının tələbələri olmaqla cəmi 144 nəfər iştirak edəcəklər.

STEAM layihəsinin yeni iştirakçiları təlim çərçivəsində STEAM metodologiyaları, onların tədris prosesində tətbiqi barədə məlumat alacaq, mikrobit proqramlaşma modulları haqqında biliklərə yiyələnəcək, həmçinin 3D modelləşdirmə və 3D printer, CNC lazer kəsici cihazlarının iş prinsipi ilə əyani tanış olacaqlar.

Təlim 14 fevral 2020-ci il tarixinə qədər davam edəcək.