"H2 Grand Prix Pro" Respublika turniri

STEAM Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən "H2 Grand Prix Pro" Respublika turnirinin nəticələri elan olunub!

Turnirin təşkilində əsas məqsəd məktəbliləri alternativ və bərpa olunan enerji texnologiyaları ilə yaxından tanış edərək onların bu sahəyə marağını artırmaq və elmi-tədqiqat fəaliyyətinə təşviq etməkdir. Turnir çərçivəsində iştirakçılar hidrogen yanacaq elementlərinin (fuel cell) iş prinsiplərini praktiki şəkildə öyrənmək imkanı əldə edirlər. Bu texnologiya, enerjinin bir formadan digərinə çevrilməsinə əsaslanan bir prosesdir. Xüsusilə, hidrogenin oksigenlə elektrokimyəvi reaksiyası nəticəsində elektrik enerjisinin yaranması şagirdlərə həm fiziki, həm də kimyəvi biliklərin tətbiqi baxımından zəngin təcrübə təqdim edir.
Bundan əlavə, turnir gənclərdə komandada işləmə bacarığını və liderlik keyfiyyətlərini inkişaf etdirmək, problem hədəfli düşünmə və innovativ yanaşma qabiliyyətlərini gücləndirmək baxımından da mühüm əhəmiyyət daşıyır. İştirakçılar, layihə əsasında işləməklə elmi metodologiyanı tətbiq edir, empirik tədqiqat aparır və nəticələrin təhlilini həyata keçirirlər. Beləliklə, turnir yalnız texniki biliklərin aşılanması ilə kifayətlənmir, eyni zamanda şagirdlərin sosial və intellektual inkişafına da töhfə verir.

Turnirin nəticələri ilə tanış olmaq üçün:
🔗https://we.tl/t-AYi3jbyUWT
 

Qalereya