Məqsəd
"STEAM Azərbaycan" platformasının əsas məqsədi — şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirmək, onları yaradıcı düşüncə, problem həll etmə, əməkdaşlıq və texnoloji biliklərlə təchiz etməkdir. Bu yanaşma vasitəsilə platforma, Azərbaycan təhsilinin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verir.
Vizyon
"STEAM Azərbaycan" platforması gələcək nəsillərin innovasiyayönümlü, texnoloji biliklərə malik, yaradıcı və analitik düşüncəyə sahib fərdlər kimi formalaşmasını hədəfləyir. Platforma, Azərbaycanda STEAM təhsilini inkişaf etdirməklə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli və bilikli gənclərin yetişməsinə dəstək göstərməyi qarşısına məqsəd qoyur.