STEAM Mərkəzləri

STEAM Mərkəzləri təhsilalanlara elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı real layihələr üzərində tətbiq edərək öyrənmək imkanı yaradır. Burada şagirdlər dizayn edir, kodlaşdırır, qurur, təcrübə aparır və ideyalarını real prototiplərə çevirirlər. Onlar müasir texnologiyalarla tanış olur və yaradıcı düşüncələrini praktiki fəaliyyətlərlə inkişaf etdirirlər.Məqsədimiz yeni nəsil innovatorları, mühəndisləri, alimləri və liderləri yetişdirməkdir. STEAM Mərkəzlərində təhsilalanlar tədqiqat aparır, problem həll edir, komanda ilə işləmə bacarıqlarını gücləndirir və öz fikirlərini inamla təqdim etməyi öyrənirlər. Mərkəzlər gənclərin potensialını üzə çıxararaq onların gələcəyin startap qurucularına və texnologiya liderlərinə çevrilməsinə şərait yaradır.STEAM Mərkəzlərində mövcud resurslar 4–25 yaş aralığını əhatə edir. Burada fərqli yaş qrupları üçün xüsusi uyğunlaşdırılmış müxtəlif təlim proqramları həyata keçirilir — erkən yaş mərhələsindən peşəkar inkişaf səviyyəsinə qədər geniş öyrənmə imkanları təqdim olunur. STEAM mərkəzlərinə qeydiyyat rəsmi vebsayt üzərindən həyata keçirilir.Burada hər ideya bir kəşfə, hər addım isə yeni bir uğura aparır.