İbtidai təhsil səviyyəsində STEAM yanaşması uşaqlarda erkən yaşlardan öyrənməyə maraq, kəşf etmə ruhu və yaradıcı düşüncə bacarıqlarını formalaşdırmağa yönəlib. Bu mərhələdə tədris prosesi oyunlar, təcrübələr və əyani fəaliyyətlərlə zənginləşdirilir. Məqsəd şagirdlərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinə marağını artırmaq, onları sual verməyə, müşahidə aparmağa və fərqli yanaşmalar axtarmağa təşviq etməkdir.
İbtidai təhsil səviyyəsi

