Orta təhsil səviyyəsi

Orta təhsil səvviyəsində STEAM təhsili şagirdlərə fənlərarası inteqrasiyanı dərk etməyə və real həyatda qarşılaşılan problemlərə yaradıcı və məntiqi yanaşmalar təqdim etməyə imkan verir. Bu mərhələdə şagirdlər layihə əsaslı öyrənmə modelinə əsaslanaraq komanda şəklində işləyir, öz ideyalarını planlayır, təqdim edir və tətbiq edir. Texnologiya və innovativ alətlərdən istifadə etməklə həyata keçirilən bu fəaliyyətlər, həmçinin şagirdlərin tədqiqat aparmaq, nəticə çıxarmaq və qərar vermək kimi mühüm bacarıqlarını inkişaf etdirir.