Elm və təhsil nazirliyinin, Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin, Edunomika layihəsinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən STEAM'ool olimpiadasının seçim mərhələsinin nəticələri elan olunub.
8 iyun tarixində keçirilmiş seçim mərhələsində ən yüksək nəticə göstərən 50 komanda final mərhələsində iştirak hüququ qazanıb. Onlardan 5 komanda IV sinif, 9 komanda V sinif, 10 komanda VI sinif, 9 komanda VII sinif, 10 komanda VIII sinif, 5 komanda isə IX sinif şagirdləridir.
Olimpiadanın keçirilməsində məqsəd şagirdlərin elmi, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələrinə marağını artırmaq, yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Bu olimpiada məktəblilərə real həyatda qarşılaşılan problemlərə yaradıcı və innovativ həll yolları tapmaq imkanı verir. Eyni zamanda komanda işi, liderlik və layihə əsaslı öyrənmə bacarıqlarını təşviq edir.
Final mərhələsinə yüksələn bütün iştirakçıları təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!
Finalçıların siyahısı ilə tanış olmaq üçün:
🔗 https://we.tl/t-pHYPvsyTeK
Qalereya
