10 məktəb direktoru "STEAM Azerbaijan" layihəsi çərşivəsində İstanbul şəhərinə yola düşüb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə tətbiqinə başlanılan “STEAM Azerbaijan” layihəsi çərçivəsində 10 məktəb direktoru Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Quba, Lənkəran, Biləsuvar, Gəncə, Şəki, Şirvan, Zaqatala, Mingəcevir,Saatlı və Sumqayıt məktəblərindən olan direktorlar STEAM təhsili və tədrisdə tətbiq olunan innovativ texnologiyalarla tanışlıq məqsədi ilə Baxçaşəhər Fənn və Texnoloji Liseyində 16-22 fevral tarixlərində təlimlərdə iştirak edəcəklər.

Qalereya