ADPU tələbələri üçün təlimlər keçirilib.

5-13 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika müəllimliyi fakültəsinin tələbələri üçün STEAM təlimləri keçirilib. Təlimlər zamanı iştirakçılara STEAM metodologiyaları, 3D modelləşdirmə və çap, birplatalı platformalarda kodlaşdırma (Micro:bit) modulları öyrədilib.

Sözügedən təlimləri beynəlxalq və yerli sertifikatlara malik, İsraildə və Azərbaycanda bir sıra təlimlərdə iştirak etmiş təlimçilər aparıb. Ümumilikdə 25 tələbənin iştirakı ilə keçirilən təlimlərin yeni modullar üzrə davam etdirilməsi planlaşdırılır. Bütün iştirakçılar təlimləri müvəffəqiyyətlə bitiriblər və təlimlərdə iştirak ilə bağlı sertifikat əldə edəcəklər.

Qeyd edək ki, cari ilin yay aylarında təlimlərdə iştirak edən tələbələr üçün təcrübə proqramı təşkil olunacaq.

Qalereya