İyulun 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsən rayonunun yaradılmasının 95 illiyinə həsr olunan “Daşkəsən Kənd Təsərrüfatı Məhsulları Festivalı” və Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi “Aqrar Biznes Festivalı” keçirilib. Festivalda "STEAM Azərbaycan" da sərgi ilə təmsil olunub. "STEAM Azərbaycan" tərəfindən nümayiş etdirilən avadanlıqlar, xüsusən kənd təsərrüfatı dronları qonaqların böyük marağına səbəb olub. Bununla yanaşı Gəncə STEAM Mərkəzinin şagirdləri öz innovativ layihələrini də nümayiş etdiriblər.
Qalereya


