ASAN xidmət əməkdaşları Tovuz STEAM Mərkəzində ekskursiyada iştirak ediblər

Bugün Tovuz rayonunda fəaliyyət göstərən ASAN xidmət əməkdaşları üçün olduqca maraqlı və faydalı bir gün təşkil olundu. Onlar Tovuz STEAM Mərkəzində ekskursiyada iştirak edərək mərkəzin müasir tədris imkanları və innovativ yanaşmaları ilə yaxından tanış oldular.
Ekskursiya çərçivəsində iştirakçılar müxtəlif istiqamətlər üzrə təşkil olunan master-klasslara qoşularaq STEAM (Science, Technology, Engineering, Arts, Mathematics) sahələrinin praktiki tətbiqlərini öyrəndilər. Robototexnika, proqramlaşdırma, mühəndislik və digər modullar üzrə keçirilən sessiyalar əməkdaşların bilik və bacarıqlarının inkişafına töhfə verdi, eyni zamanda innovativ düşüncə tərzinin formalaşmasına dəstək oldu.
Bu cür təşəbbüslər dövlət xidmətlərində çalışan əməkdaşların davamlı inkişafına, yeni texnologiyalara adaptasiyasına və vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsinə mühüm töhfə verir.

Qalereya