Azərbaycan komandları ilk dəfə VEX Robotics üzrə Dünya Çempionatında!

Azərbaycandan komandaları "VEX Robotics World Championship 2022"-də:  Videonu izlə!
 
Ginnesin rekordlar kitabına dünyanın ən böyük robototexnika yarışması kimi düşən "VEX Robotics World Championship 2022"-də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun "Energy Team" kubokunu qazandı !!!
 
 
Yarışlarda 50-ə yaxın ölkədən 4800 komanda, 15.000-ə yaxın şagird iştirak edirdi. Komandamız yarışdığı divizionda 20-i ən yaxşı komanda siyahısına daxil olaraq final oyunlarına qatıldı. Ümumi ballar nəticəsində təcrübəli komandaları geridə qoyaraq komandamız 6-cı yerdə qərarlaşdı.
Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə VEX robototexnika üzrə dünya çempionatında təmsil olunurdu.

Qalereya