Bərdə STEAM Mərkəzinin məktəblilərdən ibarət komandası beynəlxalq arenada uğurlu nəticə əldə edib.

Bərdə STEAM Mərkəzinin məktəblilərdən ibarət komandası beynəlxalq arenada uğurlu nəticə əldə edib.
6–8 may tarixlərində Türkiyədə keçirilən 18-ci Beynəlxalq MEB robot yarışında (https://robot.meb.gov.tr) iştirak edən komanda “Sualtı gəmi” kateqoriyası üzrə final mərhələsinə yüksələrək mühüm nailiyyətə imza atıb.
Yarışda 20 ölkədən qatılan ümumilikdə 10000-dən çox iştirakçı arasında mübarizə aparan “Kraken” komandası yüksək nəticə göstərərək 7-ci yerə layiq görülüb.
Komandanın bu uğuru şagirdlərin robototexnika, mühəndislik və innovativ texnologiyalar sahəsində qazandıqları bilik və bacarıqların beynəlxalq səviyyədə nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Yarış müddətində iştirakçılar texniki hazırlıq, komanda işi və problem həll etmə bacarıqları ilə seçiliblər.
Qeyd edək ki, @mebrobot yarışı yeniyetmə və gənclər arasında robototexnika və texnologiyaya marağın artırılması məqsədilə təşkil olunan nüfuzlu beynəlxalq müsabiqələrdən biridir.
Bərdə STEAM Mərkəzinin “Kraken” komandası əldə etdiyi nəticə ilə ölkəmizi uğurla təmsil edərək Azərbaycan gənclərinin potensialını bir daha nümayiş etdirib.

Qalereya