Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) bağlanış mərasimi keçirilib.

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) bağlanış mərasimi keçirilib.
Tədbir "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərovun yarışların nəticələrinə dair hesabatı ilə başlayıb.
Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə dair videoicmal nümayiş etdirilib.
Daha sonra hər bir yarış kateqoriyası üzrə keçirilən yarışlarda I yerin qalibləri mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə başa çatıb.

Qalereya