Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı

 Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir!

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində "Beynəlxalq Yaşıl SAF 2024" keçiriləcək! 🌱

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

Festivala ümumilikdə 7 yarış kateqoriyası və 1 innovativ layihələr sərgisi formatında təşkil ediləcək yarışmalar daxildir:

 Engineers of Future- Gələcəyin mühəndisləri🌱
 VidX- Kinematoqrafiya🌱
 VEX IQ Competition- Robotların mübarizəsi
 VEX Robotics Competition- ⁠Robotların mübarizəsi
 H2 Grand Prix PRO- Hidrogen maşınları🌱
 FlyTech- Dron dizaynı🌱
 CubeSat- Bizim peykimiz​
 Green initiatives- Yaşıl təşəbbüslər🌱

Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, məktəbdənkənar, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. Festivalda iştirak üçün qeydiyyatın başlandığı tarix elan edildikdən sonra komandalar müvafiq kateqoriyalar üzrə qaydalarla tanış olur və müraciət etmək istədikləri kateqoriya üzrə festivalın rəsmi veb-səhifəsində qeydiyyat formasını doldura bilərlər.

Qeyd edək ki, Təhsil TV-də yayımlanan “STEAM Vaxtı” proqramı vasitəsilə mütəmadi olaraq kateqoriyalar üzrə videoçarxlar hazırlanır və izləyicilərə ətraflı məlumat veriləcək.


Qeydiyyat və ətraflı məlumat üçün: www.saf.steam.edu.az

Qalereya