Abil Səfərov adına 114 nömrəli tam orta məktəbdə şagirdlərin hazırladıqları innovativ layihələrin təqdim olunduğu sərgi təşkil edilib.

Abil Səfərov adına 114 nömrəli tam orta məktəbdə şagirdlərin hazırladıqları innovativ layihələrin təqdim olunduğu sərgi təşkil edilib. Tədbirin əsas məqsədi şagirdlərin yaradıcılıq və texnoloji bacarıqlarını nümayiş etdirmək, onların elmi-texniki sahəyə marağını artırmaq olub.
Tədbir çərçivəsində təqdim olunan layihələr innovasiya, mühəndislik, robototexnika və digər STEAM sahələrini əhatə edib. Şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirərək, gələcəyin texnologiyalarına olan maraqlarını ortaya qoyublar.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şagirdlərin gələcək inkişafı üçün mühüm motivasiya rolunu oynayıb.

Qalereya