STEAM Azərbaycanın mütəxəssisləri Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində baş tutan “Bootcamp”da iştirak ediblər.
Tədbirin ilk günü komandamız tərəfindən gənc startapçılar və tələbələr üçün təlim keçirilmiş, ikinci gün isə kənd təsərrüfatında dron texnologiyaları, sensor şəbəkələri və süni intellekt əsaslı monitorinq sistemlərinin tətbiqi üzrə iştirakçılarla təcrübə mübadiləsi aparıb və sahə üzrə tədbir iştirakçılarına məlumatlar verilib.
Qalereya