“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
“ECOTHON 2024” müsabiqəsi
1. Giriş
1.1. “ECOTHON” müsabiqəsinin əsas məqsədi aşağıda qeyd olunan mövzular üzrə innovativ ideyaları özündə ehtiva edən layihələrin hazırlanması, şagirdlərdə ekoloji məsuliyyətin artırılması, həmçinin iştirakçıların əməkdaşlıq, ünsiyyət, kreativlik, təqdimat bacarıqlarının artırılmasıdır.
2. Mövzular
2.1. Ətraf mühitin yaxşılaşdırılması
2.2 Alternativ və bərpa olunan enerji
2.3 Təkrar Emal
2.4 İqlim dəyişikliyi
2.5 Ekoturizm
2.6 Təbii fəlakətlərin qarşısının alınması
2.7 Məişət tullantılarının utilizasiyası
3. İştirak şərtləri
3.1. Müsabiqədə 10-17 yaşlı 3 (üç) şagirddən təşkil edilmiş komandalar iştirak edə bilər.
3.2. Komandaların 1 nəfər rəhbəri (mentor, müəllim) olmalıdır.
4. Yarışın qaydaları
4.1. Komandalar yarışa qatılmaq üçün qeyd olunan mövzulardan birinə aid 60-90 saniyəlik videoçarx və layihə haqqında təqdimat (PowerPoint və ya Word) hazırlamalıdırlar.
4.1.1 Videoçarx "YouTube" platformasına yüklənməlidir. Minimal keyfiyyət 720p olmalıdır. Digər üsullar ilə göndərilən videolar qiymətləndirilməyəcəkdir.
4.1.2 Təqdimatda hansı məlumatlar olmalıdır:
- Komandanın adı
- Komandanın tərkibi (Rəhbər və 3 şagirdin Adı,Soyadı,Ata adı, təvəllüdü)
- Layihə haqqında ətraflı məlumat
- İstifadə olunan avadanlıq və istinad edilən mənbələr haqqında məlumat
- Layihənin hazırlıq prosesini əks etdirən şəkillər
4.2 Komandalar videoçarxı və layihələri haqqında təqdimatı 15 iyun 2024-cü il tarixinə qədər ecothon@steam.edu.az e-mail ünvanına göndərməlidirlər.
4. Qiymətləndirmə kriteriyaları
4.1. Komandaların layihələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
4.2. Qiymətləndirməsi üçün kriteriyalar cədvəldəki kimi olacaqdır:
Kriteriyalar
Videoçarxın məzmunu və tərtibatı (videonun qaydalarına uyğun çəkilişi) – 10 bal |
Təqdimatın hazırlanması – 10 bal |
Layihənin innovativ həlli – 20 bal |
Əməkdaşlıq - 10 bal |
Ümumi – 50 bal |
5. Əlavə qeydlər
5.1. Videoçarx və layihə təqdimatının (hər biri) qaydalara uyğun olmadığı halda, layihə qiymətləndirilməyəcək.
5.2 Videoçarx və layihənin təqdimatı hissəsində etik, siyasi və digər normalar pozulduğu halda layihə qiymətləndirilməyəcək.