“Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Ecothon 2024” müsabiqəsinin qalibləri elan olunub!
Müsabiqədə ümumilikdə ölkənin müxtəlif regionlarından olan 10-17 yaşlı şagirdlərdən ibarət 41 komanda iştirak edib.
Qaliblər:
1-ci yer: GreenEye komandası
2-ci yer: Ağıllı körpü və BioPosuda komandaları
3-cü yer: EcoRanger, Treco və EcoOil komandaları
Qeyd edək ki, 1-ci yerin qalibi olan GreenEye komandasının iştirakçıları Osman Həsənli, İsmayıl Həmidov və Ramazan Zeynalov İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli məktəbdə təhsil alırlar.
Qalib komandalar STEAM Azərbaycan layihəsi tərəfindən xüsusi hədiyyə və sertifikatlarla təltif ediləcək.