Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə ölkəmizin istedadlı şagirdlərindən ibarət komanda Misirdə keçirilən beynəlxalq “MATE ROV” regional yarışında iştirak edir.

Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə ölkəmizin istedadlı şagirdlərindən ibarət komanda Misirdə keçirilən beynəlxalq “MATE ROV” (Marine Advanced Technology Education – Remotely Operated Vehicle- https://materovcompetition.org/register.../egypt-regional) regional yarışında iştirak edir.
“MATE ROV” yarışı şagirdlərin mühəndislik, proqramlaşdırma və robototexnika sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş nüfuzlu beynəlxalq platformalardan biridir. Yarış çərçivəsində iştirakçılar sualtı robotların (ROV) hazırlanması, test edilməsi və müxtəlif missiyaların icrası üzrə öz bacarıqlarını nümayiş etdirirlər.

Qalereya