Makerthon 2021 yarışmasına start verildi.

Meykerton (ing. Makerthon) — meykerlərin (istehsalçıların) komandalara birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "maker" və "marathon" sözləri ilə bağlıdır və "meykerlərin marafonu" mənasını verir.

Meykertonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif ideyaların, yeni innovativ həllərin və alətlərin yaradılması, həmçinin rəqabət şəraitində biliklərin yoxlanılması və yeni biliklərin qazanılması, əməkdaşlıq üçün şərait yaratmaqdır.

STEAM Azərbaycan layihəsi çərçivəsində Meykerton məktəblilər arasında ilk dəfə keçirilir.

Yarış STEAM layihəsi tətbiq olunan məktəblər çərçivəsində keçirilir.

Yarış 2 mərhələdən ibarətdir:

1) Online hissəsi. 

Komandalar sərbəst mövzuda layihə hazırlayıb, 25 may 2021-ci il tarixinə qədər steam.edu.az@gmail.com ünvanına göndərməlidirlər. 

2) Əyani hissəsi. Final.

Seçilən komandalar 1 iyun 2021-ci il tarixində (Uşaqların Beynəlxalq Müdafiəsi Günü) final mərhələsində canlı şəkildə (pandemiya şərtlərinə uyğun olaraq) layihələrini təqdim edəcəklər.

 

Bütün komandalara uğurlar arzu edirik!

Qalereya