"Mexatronika" yarışması 2023

STEAM İnnovasiya Mərkəzində 12 may Beynəlxalq Qadınlar Riyaziyyatda Gününə həsr olunmuş "Mexatronika" yarışması keçirilib.
Yarışma "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsi çərçivəsində təşkil olunub.
Qeyd edək ki, Unicef Azerbaijan ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və "STEAM Azerbaijan"ın əməkdaşlığı çərçivəsində layihə ölkənin 5 bölgəsində həyata keçirilib.
Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM Mərkəzində təşkil olunan proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.

Qalereya