“Pi Günü”nə həsr olunmuş “Fast and Furious” Respublika turniri keçirilib

14 mart tarixində STEAM İnnovasiya Mərkəzində "Pi" Gününə həsr olunmuş “Fast and Furious (Xətt izləyən maşınların yarışı)” Respublika turniri həyata keçirildi. Turnirin əsas məqsədi 12-18 yaşlı məktəblilərin robototexnika, proqramlaşdırma və mühəndislik sahələrinə marağını artırmaq, onların texniki bilik və bacarıqlarını inkişaf etdirməkdir. Yarışda iştirak edən komandalar özlərinin hazırladıqları xətt izləyən robotlarla xüsusi hazırlanmış trayektoriyada sürət və dəqiqlik üzrə mübarizə apardılar. Turnir zamanı iştirakçılar robotların dizaynı, proqramlaşdırılması və optimallaşdırılması sahəsində əldə etdikləri bilikləri nümayiş etdirdilər. Ümumilikdə ölkənin müxtəlif bölgələrindən 30-dan çox komanda iştirak etdi. Turnirin sonunda yüksək nəticə göstərən komandalar müəyyən edilərək qaliblər mükafatlandırıldı.

Qalereya