STEAM Azərbaycan layihəsi çərçivəsində "Sabah" qrupları tələbələri və müəllimləri üçün təlimlərə start verildi.
STEAM layihəsinin yeni iştirakçiları təlim çərçivəsində STEAM metodologiyaları, onların tədris prosesində tətbiqi barədə məlumat alacaq, mikrobit proqramlaşma modulları haqqında biliklərə yiyələnəcək, həmçinin 3D modelləşdirmə və 3D printer, CNC lazer kəsici cihazlarının iş prinsipi ilə əyani tanış olacaqlar.
Təlim 14 fevral 2020-ci il tarixinə qədər davam edəcək.