Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin nəznində yaradılan STEAM Mərkəzi fəaliyyətə hazırdır.
24 yanvar - "Beynəlxalq Təhsil Günü", Təhsil naziri Emin Əmrullayev Sabirabad STEAM Mərkəzinin açılışında iştirak edib.
STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Nazir diqqətə çatdırıb ki, mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.
STEAM mərkəzlərin sayının yeni tədris ilinə qədər 15-ə çatdırılması nəzərdə tutulur.