SAF 2021 uğurla başa çatdı.

9,10 dekabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində ilk STEAM Azərbaycan Festivalını 2021 keçirilib.


Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM Open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego Sumo”, “Line follower”, “3D Cad”, “Short Movie”, “Edu Drone”, “Humanoıd Robot” yarışlar təşkil edilib. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılıb. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. 


Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev festivala qatılan şagirdlərin təhsil aldıqları məktəblərə yüksək motivasiya ilə geri dönəcəklərini, həmçinin festivalın onların İKT üzrə bilik və bacarıqlarının aşkar və inkişaf etdirilməsində əhəmiyyətlini vurğulayıb. Təhsil naziri növbəti illərdə festivalın coğrafiyasının genişləndirilməsinin, digər ölkələrdən də məktəblilərin cəlb olunmasının nəzərdə tutulduğunu deyib. 


Nazir festivalın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib, qalib komandaları təbrik edərək onlara uğurlar arzulayıb.


10 dekabr qaliblərin mükafatlandırılması və bağlanış mərasimi keçirilib. 

Qalib komandaların siyahısı:

Tuttuğu yerKateqoriyaKomanda adıRegion
1-ci yer3D CADTəkamülBakı
1-ci yerEdu DroneZƏFƏR (Hədəf)Bakı
1-ci yerHackathonPHOBOSBakı
1-ci yerHumanoidUnimateGəncə
1-ci yerLego Sumo JuniorVictorŞirvan
1-ci yerLego Sumo SeniorRoboKaspi SeniorBakı
1-ci yerLine FollowerRaPIDBakı
1-ci yerMicro:bitSTEAM ZəkalarBakı
1-ci yerSTEAM OpenGreypfrutBakı
1-ci yerShort MovieMysteryBakı
2-ci yer3D CADHeyvanların müdafəsiMasallı
2-ci yer3D CADİstiqlalBakı
2-ci yerEdu DroneZəfər (136)Bakı
2-ci yerEdu DroneTigersBakı
2-ci yerHackathonBlack and WhiteBakı
2-ci yerHumanoidMind BogglersBakı
2-ci yerLego Sumo JuniorBakuRobBakı
2-ci yerLego Sumo SeniorQələbəBakı
2-ci yerLine FollowerRobuildersMingəçevir
2-ci yerLine FollowerKing of robotsBakı
2-ci yerMicro:bitBalakənli ProqramçılarBalakən
2-ci yerMicro:bitZəfərimBakı
2-ci yerSTEAM OpenZəfər-QubaQuba
2-ci yerSTEAM Openİşıqlı dünyaBakı
2-ci yerShort MovieQələbə komandasıZaqatala
3-cü yer3D CADЭрудитыBakı
3-cü yer3D CADLacciBakı
3-cü yer3D CADMina axtaranlarBakı
3-cü yerEdu Drone«Пионеры»Bakı
3-cü yerEdu DroneSilent Kill DroneBakı
3-cü yerEdu DroneBayraqdarBakı
3-cü yerHackathonDigibrainsGəncə
3-cü yerHumanoidRobot RebootGəncə
3-cü yerLego Sumo JuniorNanoSumoBakı
3-cü yerLego Sumo JuniorZəfər ŞamaxıŞamaxı
3-cü yerLego Sumo SeniorChaosBərdə
3-cü yerLego Sumo SeniorNaxçıvanqalaNaxçıvan
3-cü yerLine FollowerSUMbuilders_4Sumqayıt
3-cü yerLine FollowerRoboKaspi_LFBakı
3-cü yerLine FollowerZirvəBakı
3-cü yerMicro:bitZefere dogruBakı
3-cü yerMicro:bitXəzərBakı
3-cü yerMicro:bitŞABRANŞabran
3-cü yerSTEAM OpenDropAstara
3-cü yerSTEAM OpenSmart Map of KarabakhBakı
3-cü yerSTEAM OpenZəfər yolu Quba
3-cü yerShort MovieNurUcar


Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.

Qalereya