Salyan regional “ASAN xidmət” mərkəzində innovasiya sərgisi təşkil olunub.

Salyan regional “ASAN xidmət” mərkəzində vətəndaşlar, əməkdaşlar və könüllülər üçün innovasiya sərgisi təşkil olundu. Sərgi çərçivəsində Şirvan STEAM Mərkəzi tərəfindən müxtəlif texnoloji avadanlıqlar nümayiş etdirildi və iştirakçılar bu yeniliklərlə yaxından tanış olmaq imkanı qazandılar.
Daha sonra tədbir dəyirmi masa ətrafında panel müzakirələrlə davam etdi. Görüş zamanı iştirakçılara Şirvan STEAM Mərkəzinin fəaliyyəti barədə ümumi məlumat verildi, həyata keçirilən layihələr və fəaliyyət istiqamətləri izah olundu.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və innovasiya sahəsində bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətli oldu.

Qalereya