Sabirabad STEAM Mərkəzinin və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Texnologiyanın inkişafı, innovativ qurğuların öyrənilməsi və tətbiqi sahələri” mövzusunda tədbir həyata keçirilib

Sabirabad STEAM Mərkəzinin və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Texnologiyanın inkişafı, innovativ qurğuların öyrənilməsi və tətbiqi sahələri” mövzusunda tədbir həyata keçirilib. 🚀
Tədbirin ilk hissəsində Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 saylı tam orta məktəbin və Sabirabad rayon Qalaqayın kənd Əli Qurbanov adına tam orta məktəbin bir qrup müəllim və şagirdlərinin iştirak etdiyi görüşdə STEAM Azerbaijan haqqında maarifləndirici təqdimat baş tutub. 🤩
Təqdimat zamanı STEAM yanaşmasının təhsildə rolu, şagirdlərə qazandırdığı bacarıqlar və müasir öyrənmə metodları eyni zamanda şagirdlərdə yaradıcı, analitik və tənqidi düşüncənin inkişafı vurğulanıb. ✅

Qalereya