STEAM Azərbaycanın mütəxəssisləri tərəfindən Şuşa STEAM Mərkəzində müxtəlif modullar üzrə metodik dəstək məqsədli təlimlər təşkil olunub.
Təlimlər çərçivəsində iştirakçılara "Mexatronika" , "Dron texnologiyaları", "Məsafədən idarəolunan sualtı dron və suüstü qayıq sistemləri", "CAD/CAM texnologiyaları", "Alternativ enerji" və s. innovativ istiqamətlər üzrə nəzəri və praktiki biliklər təqdim edilib.
Təlimlər zamanı müəllimlər və şagirdlər müasir texnologiyaların tətbiqi, layihə əsaslı öyrənmə yanaşmaları və innovativ dərs modelləri ilə tanış olub, həmçinin real avadanlıqlarla praktiki məşğələlərdə iştirak ediblər.
Qalereya