STEAM Azərbaycanın mütəxəssisləri tərəfindən Quba STEAM Mərkəzində metodik dəstək məqsədli maarifləndirici təlim təşkil olunub.
Təlim zamanı şagirdlər "Mexatronika və robototexnika" mövzusunda həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. Onlar elektronikanın qurulması, mühərriklərin qoşulması, idarəetmə sistemlərinin tətbiqi və funksional dizayn prinsipləri ilə tanış olublar.