STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası” mövzusunda STEAM müəllimləri üçün təşkil olunan ilk təlim yekunlaşıb.
2025–2026-cı tədris ilində STEAM dərslərini tədris edəcək yeni müəllimlər üçün nəzərdə tutulan bu təlimin sonunda müdavimlər əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək məqsədilə imtahan veriblər.
Təlim proqramı ümumilikdə 10 gün müddətində "STEAM metodologiyaları – PBL, PrBL, DBL, İBL, EDP və s.", "CAD/CAM sistemləri – 3D çap və CNC Lazer texnologiyaları", "Birplatalı mikrokontroller ilə kodlaşdırma"/ "Micro:bit və Arduino", "Nano- və bio- texnologiyaları" və "Sahibkarlıq" modullarını əhatə edir.
Qalereya
