STEAM İnnovasiya Mərkəzində Yay Məktəbi proqramına start verilib. Yay məktəbi iştirakçılara yay tətilini səmərəli keçirmək, yeni bilik və bacarıqlar qazanmaq, innovativ texnologiyalarla tanış olmaq və yaradıcılıq potensialını inkişaf etdirmək imkanı yaradır.
Proqram çərçivəsində iştirakçılar robototexnika, proqramlaşdırma, 3D modelləşdirmə, mühəndislik, rəqəmsal yaradıcılıq, süni intellekt və digər müasir STEAM istiqamətləri üzrə praktiki məşğələlərə cəlb olunurlar. Təlimlər interaktiv metodlarla keçirilir və şagirdlərin komanda işi, problem həll etmə, tənqidi düşünmə və innovativ yanaşma bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Qalereya