Tovuz STEAM Mərkəzi “STEAM-la Xeyir Qığılcımı” adlı layihə həyata keçirib. Mərkəz əməkdaşları Tovuz rayon O.Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada xüsusi təhsilə cəlb olunmuş şagirdlərlə görüş təşkil edərək ustad dərsləri həyata keçirib.
Müxtəlif yarışlar təşkil olunaraq şagirdlərin əylənərək öyrənməsinə şərait yaradılıb. Hədiyyələr, musiqi ifaları və rəqslərlə maraqlı gün keçirən şagirdlər STEAM Azərbaycan tərəfindən keçiriləcək olan növbəti yarışlar üçün Tovuz STEAM Mərkəzinə cəlb olunublar.
Qalereya