STEAM Mərkəzlərinin əməkdaşları ilə görüş keçirilib.
Tədbirdə mərkəzlərin il ərzindəki fəaliyyəti haqqında məlumat verilmiş, görülən işlər, əldə olunan nəticələr və gələcək planlar diqqətə çatdırılmışdır.
Daha sonra tədbir çərçivəsində təlimçi Jalə Abbasovanın təqdimatında "Şəxsi inkişaf və effektiv kommunikasiya" təlimi baş tutmuşdur. Təlim zamanı əməkdaşlar fəal şəkildə iştirak edərək yeni yanaşmalarla tanış olublar.
Sonda isə il boyu göstərdikləri səmərəli fəaliyyətə və fəallığa görə əməkdaşlar təltif olunub.
Tədbir STEAM mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsi və motivasiyanın artırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Qalereya