STEAM layihəsi tərəfindən Online VEX Robotics yarışmasına qoşulan 3 komanda finala yüksəlib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi tətbiq olunan məktəblərdən komandalar Beynəlxalq VEX robototexnika yarışına qatılıb.

 

İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq Online VEX Robotics yarışmasında STEAM Azərbaycan layihəsi tərəfindən qoşulan 3 komanda finala yüksəlib:
1) Şirvan ş. KBTRL STEAM Mərkəzi
2) 54 nömrəli tam orta məktəb
3) H.Əliyev adına Müasir Təhsil Kompleksi
 
Qeyd edək ki, yarışa ümumilikdə 400-dən çox komanda qatılmışdır, finalda iştirak etmək üçün isə 18 komanda imkan qazanıb. Azərbaycanı yarışda 26 komanda təmsil edirdi.
VEX robot yarışmaları dünyanın ən populyar yarışmalarından sayılır. İştirakçı ölkə və şagird sayına görə müxtəlif liqalar (VEX V5, VEX IQ, VEX AI) üzrə bir dünya liderdir.
 
Final 23 aprel 2021-ci il tarixində distant formada keçiriləcək.
 
Komandalarımıza uğurlar arzu edirik!

Qalereya