STEAM Azərbaycan mütəxəssisləri tərəfindən Bərdə STEAM Mərkəzində maraqlı və maarifləndirici təlim təşkil olunub

Təlim çərçivəsində məktəblilərə “ROV və AUV sistemləri” mövzusunda seminar təşkil edilib. Şagirdlər sualtı və üzən modellərin elektronikasının qurulması, dizayn edilməsi, mühərriklərin qoşulması və idarəetmə mexanizmləri ilə bağlı praktiki və nəzəri biliklər əldə ediblər.