STEAM Azərbaycanın təşkilatçılığı və NARGIS FUND dəstəyi ilə 11 Fevral – Beynəlxalq Qadınlar və Qızlar Elmdə Gününə həsr olunmuş tədbir keçirilib

STEAM Azərbaycanın təşkilatçılığı və NARGIS FUND dəstəyi ilə 11 Fevral – Beynəlxalq Qadınlar və Qızlar Elmdə Gününə həsr olunmuş tədbir keçirilib
Tədbirin keçirilməsində məqsəd elm və texnologiya sahələrində qadın və qızların rolunu vurğulamaq, şagirdləri STEAM istiqamətlərinə təşviq etmək və ilhamverici nümunələri ictimaiyyətə təqdim etmək olub.
STEAM Azərbaycanın rəhbəri İqrar Nəzərov çıxış edərək qadınların elm, texnologiya və innovasiya sahəsində artan rolundan, bu istiqamətdə həyata keçirilən layihələrdən və gələcək hədəflərdən bəhs edib.
Tədbir çərçivəsində 4 nömrəli Uşaq Gənclərin İnkişaf Mərkəzinin solistlərinin təqdimatında rəqs nömrələri nümayiş olunub. Ardınca təlimçi Şəfiqə Çırağının təqdimatında “Uğur hekayəsi” sessiyası keçirilib.
Tədbirin davamında şagirdlər STEAM İnnovasiya Mərkəzində ekskursiyada iştirak edərək innovativ tədris mühiti ilə yaxından tanış olublar.
Gün əyləncəli fəaliyyətlər və interaktiv sessiyalarla yekunlaşıb.

Qalereya