"STEAM Azerbaijan" layihəsi çərçivəsində istehsal olunan yüzlərlə "üz sipəri" Təhsil Nazirliyinin “BİR Könüllü"lərinin dəstəyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına təqdim edilib.
Tibb və polis işçilərinin "üz sipəri" ilə təminatı davamlı olaraq həyata keçirilir.
Bildirək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “STEAM Azərbaycan” layihəsi çərçivəsində COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə “3D” printerlərlə çap olunan “üz sipəri”nin istehsal prosesi davam etdirilir.
"Üz sipəri”nin hazırlanmasında istifadə olunan material ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.