Tovuz STEAM Mərkəzi Şəmkir STEAM Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində görüş təşkil edib. Tədbirdə hər iki mərkəzin və bölgənin şagirdləri iştirak edərək bir araya gəliblər.
Beynəlxalq STEAM Azərbaycan Festivalında qalib olmuş şagirdlər öz təcrübə, bilik və bacarıqlarını digər iştirakçılarla bölüşüblər. Daha sonra isə STEAM sahəsində biliklərin yoxlanması məqsədilə maraqlı "Kahoot" yarışı keçirilib.
Görüş zamanı şagirdlər yeni dostluqlar qurmuş, komanda şəklində əməkdaşlıq edərək müxtəlif fəaliyyətlərdə iştirak etmişlər.
Qalereya