8 fevral tarixində Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə "VEX IQ Robotics" yarışının Respublika Turniri həyata keçirilib.
Respublikanın müxtəlif bölgələrindən ümumilikdə 157 iştirakçı-36 komandanın iştirakı ilə keçirilən turnir gənclərin STEAM sahələrinə marağının artırılmasına və texnoloji bacarıqlarının gücləndirilməsinə töhfə verib.
Qalereya