"VEX Robotics" Azərbaycan Turniri 2024

Ginnesin rekordlar kitabına düşən, dünyanın ən böyük robototexnika yarışması olan "VEX Robotics"  23-24 fevral 2024-cü il tarixlərində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilmişdir.

Turnirdə ölkənin müxtəlif regionlarından olan 35 komanda iştirak edib, onlardan 14-ü VEX V5 kateqoriyası (14-17 yaş qrupu), 24-ü isə VEX IQ (10-15 yaş qrupu) kateqoriyası üzrə yarışıb.

VEX V5 kateqoriyası üzrə nəticələr:
Death Squad (66800K) komandası - Bakı ş. (1-ci yer)
Engineers (66800F) komandası - Bərdə STEAM Mərkəzi (1-ci yer)
EMERALD (66800J) komandası - Mingəçevir STEAM Mərkəzi (2-ci yer)
UNIMATE TECH (66800S) komandası - Sabirabad STEAM Mərkəzi (2-ci yer)

VEX IQ kateqoriyası üzrə nəticələr:
VEX Raptor (1918E) komandası - Bakı ş. (1-ci yer)
BORN TO WIN (1918G) komandası - Mingəçevir STEAM Mərkəzi (1-ci yer)
Develop (1918F) komandası -     Gəncə STEAM Mərkəzi (2-ci yer)
(VMF) Vex Mechatronics Fight (1918R) komandası - Saray STEAM Mərkəzi (2-ci yer)
BakuRob (1918C) komandası - Bakı ş. (3-cü yer)
Ağdamlı mühəndislər (1918Z) komandası - Bərdə STEAM Mərkəzi (3-cü yer)


VEX robototexnika modulu şagirdlərin proqramlaşdırma, mühəndislik bilikləri ilə yanaşı, onların 21-ci əsrin bacarıqlarını olan komanda işi, əməkdaşlıq, kreativlik, tənqidi düşüncə və s. bacarıqlarını formalaşdırır.

Qalereya