"VEX Robotics" Azərbaycan turnirinə qeydiyyat başladı!

"VEX Robotics" Azərbaycan turnirinə qeydiyyat başladı!

 

"VEX Robotics" Ginnesin rekordlar kitabına düşən dünyanın ən böyük robototexnika yarışmasıdır.

"VEX Robotics" Azərbaycan turniri 28 fevral, 1-2 mart 2023-cü il tarixlərində keçiriləcək.

 

Ümumi məlumat:

1) Turnirdə iştirak edən komandalar 1 komanda rəhbəri (min 18 yaş) və 2-3 şagirddən ibarət olmalıdır.

2) IQ kateqoriyası üzrə yaş həddi: 11-14

    V5 kateqoriyası üzrə yaş həddi: 15-17

3) Qeydiyyat 4 fevral 2023-cü il saat 23:59 qədər davam edəcək.

4) Qeydiyyat bitdikdən sonra komandalara növbəti mərhələ haqqında məlumat veriləcək.

 

QEYDİYYAT üçün: VEX Robotics Azerbaijan 2023

 

VEX robototexnika dəstləri şagirdlərin proqramlaşdırma, sensorlar və avtomatlaşdırma ilə yanaşı, onların həm 21-ci əsrin bacarıqlarını, həm də gündəlik həyatda uğur qazanmaq üçün lazım olan bacarıqlarını mükəmməlləşdirir.

Elm və mühəndislik prinsiplərindən başqa, VEX Robotics modellərinin qurulması zamanı qruplar arasında yaradıcılıq, komanda işi, liderlik və problemlərin həllinin daha optimal yollarının tapılmasına təşviq edir.

Qalereya