“Azerbaijan ROV Challenge 2026 (Məsafədən idarəolunan sualtı dron və suüstü gəmi)” Respublika turnirinin ikinci günü uğurla başa çatıb.

Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən “Azerbaijan ROV Challenge 2026 (Məsafədən idarəolunan sualtı dron və suüstü gəmi)” Respublika turnirinin ikinci günü uğurla başa çatıb.
Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirin ikinci yarış günündə ölkənin 14 regionunu təmsil edən 16 komanda suüstü gəmi kateqoriyası üzrə mübarizə aparıb.
Turnirin əsas məqsədi yeniyetmə və gənclərdə mühəndislik, robototexnika, proqramlaşdırma və innovativ texnologiyalar sahələrinə marağın artırılması, həmçinin onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.
İkinci yarış günündə iştirakçılar hazırladıqları suüstü gəmilər vasitəsilə müxtəlif texniki tapşırıqları yerinə yetirərək komanda işi, strateji düşüncə və mühəndislik bacarıqlarını nümayiş etdiriblər. Yarış boyunca komandalar həm texniki hazırlıq, həm də innovativ yanaşmaları ilə seçiliblər.

Qalereya